Azərbaycan Qızıl Aypara
Cəmiyyəti Türk Qızılayının Azərbaycandakı nümayəndəliyi ilə birgə Şüvəlan
qəsəbəsində yerləşən xüsusi internat məktəbinə baş çəkib, “Qış geyimləri" kampaniyasını həyata
keçiriblər.
Tədbirdə Türk Qızılayın
nümayəndəsi Hüseyn Çıtak, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İcraçı katibinin
müavini Elşən Səlimzadə, Təchizat sektorunun rəhbəri Vəfa Əliyeva, Bakı
Regional Mərkəzinin koordinatoru Rəna xanım və könüllüləri, Xəzər rayon
bölməsinin sədri Bəhruz Eyvazov iştirak ediblər.
Sığınacaqdakı uşaqlara
gətirilən geyim dəstləri paylanıldı, uşaqlara göstərilən qayğı, diqqətə görə
internat rəhbərliyi öz adından və uşaqların adından Azərbaycan Qızıl Aypara
Cəmiyyətinə minnətdarlıqlarını bildiriblər.